"Milli və dini fərqliliklər Monteneqronun ən böyük dəyərlərindən biridir" - Seyran Mirzəzadə

 21:31 17.02.2022     697

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqrodakı İslam Birliyinin başçısı və baş müfti Rifat Feyziçi ziyarət edərək, bu ali vəzifəyə seçilməsi və səlahiyyətlərinin icrasına rəsmən başlaması münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu bardə S.Mirzəzadə özü məlumat verib.

Onun sözlərinə görə, Rifat Feyziçin rəhbərliyi altında İslam Birliyinin Monteneqroda İslam dəyərlərinin qorunmasında və təşviq edilməsində müstəsna xidmətləri var.

"Monteneqro dövləti ölkədəki müsəlman icmasının qanunla təmin edilmiş hüquqlarından yararlanması və istifadə edilməsinə həmişə həssas yanaşır.

Milli və dini fərqliliklər Monteneqronun ən böyük dəyərlərindən və zənginliklərindən biridir", - S.Mirzəzadə qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən