ABŞ-da Qarabağ mitinqi keçiriləcək

 09:11 18.02.2022     572

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə mətumatı  Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli verib.

E.Yerdərənli bildirib ki, Kapitol binası qarşısında keçirilməsi nəzərdə tutulan mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan həmvətənlərimizin iştirakı planlaşdırılır: “Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. İcazəli, dinc mitinqi keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir. Bunun üçün də, ABŞ-da yaşana bütün həmvətənlərimizi mitinqdə iştirak etməyə çağırıram”.

Vumart və Güvən reklamı Vumart Güvən