Prezident Nizami rayonuna icra başçısı təyin etdi
Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, C.Cəbrayılov bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.












