Kürdəmirin yeni icra başçısı kimdir? - Dosye

 13:24 18.02.2022     1323

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Redaktor.az xəbər verir ki, E.İbrahimov 2020-ci ildə Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. 

Qeyd edək ki, Elxan İbrahimov SSRİ dövründə Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.