Nərimanov rayonunun yeni icra başçısı kimdir? - Dosye

 13:47 18.02.2022     1306

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Redaktor.az Elgün Həbibullayevin dosyesini təqdim edir:

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Həbibullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun köməkçisi olub.

1977-ci il təvəllüdlü Elgin Həbibullayev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.

Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. 2018-ci ildə isə Eldar Əzizovun əmri ilə Elgin Həbibullayev Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib.

Elgin Həbibullayev eyni zamanda "Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elmir Həbibullayevin qardaşıdır.

Ailəlidir, iki övladı var. O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.