Nizami rayonunun yeni icra başçısı kimdir? - Dosye

 13:58 18.02.2022     1221

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamları ilə Bakının Nərimanov, Nizami rayonları, həmçinin Kürdəmir rayonuna yeni icra başçıları təyin olunub.

Redaktor.az eni təyin olunan Coşqun Cəbrayılovun dosyesini təqdim edir:

Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil оğlu Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Vumart və Güvən reklamı Vumart Güvən