Pakistanla birbaşa uçuşlara başlanılır

 14:33 18.02.2022     453

Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən