AMEA sabah toplaşır - Gündəlik AÇIQLANDI

 15:58 18.02.2022     422

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva açıqlamasında bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O, bildirib ki, gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

"Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Vumart və Güvən reklamı Vumart Güvən