Azərbaycanda zəlzələ oldu

 17:55 18.02.2022     448

Lənkəranda zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:24-də Lənkəran stansiyasından 21 kilometr şimal-qərbdə, Lənkəran rayonunda maqnitudası 3, dərinliyi 19 kilometr olan zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən