Hikmət Hacıyev Qarabağa səfər etmiş xarici səyyahlarla görüşdü - FOTO

 18:36 18.02.2022     794

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“3 günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə ilə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

 

222
Vumart və Güvən reklamı Vumart Güvən