"Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması yalandır" - Müdafiə Nazirliyi

 09:18 19.02.2022     843

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir.

"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dan qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən