Əməkdar artistlə vəkil arasında efirdə  DAVA DÜŞDÜ

 21:20 20.02.2022     341

ARB kanalında yayımlanan "Elgizlə izlə" proqramında mübahisə düşüb.

Redaktor.az xəbər verir ki, proqramın ekspertləri - Əməkdar artist Kübra Əliyeva ilə vəkil Şəfiqə Nağıyeva arasında söz davası düşüb. Proqrama yardım üçün qatılan Vəfa adlı qadın həyat yoldaşının vəfat etdiyini, uşaqlarını atdığını, ərinin ailəsinin isə atalıq hüququ vermədiyini deyib.

Kübra Əliyeva bildirib ki, atalıq haqqını sübut etmək olar. Əməkdar artistin  "Oğlanın anası, bacısından analiz götürülüb sübut edilər. Lazım gələrsə qəbir açılar" deməsi  vəkil Ş.Nağıyevanı özündən çıxarıb.

Onun "Siz onda verərsiz ərizə, qəbir açarsız, sübut edərsiz. Vəkil qalıb burada, siz məsləhət verirsiz. Danışın vəkilin yerinə. Sənətkar sənət işindən, vəkil vəkil işindən danışsın" cözləri cavabsız qalmayıb. Belə ki, Əməkdar artist, "Hər şeydən danışıram. Sözümü ağzımda qoyursuz, aman vermirsiz söz deyim. Nə olub, sizin fikrinizdən pis fikir demirəm. Bura teatr deyil sənətdən danışım", - deyə söyləyib.

Aktrisa ilə vəkilin mübahisəsi böyüdüyü üçün veriliş kəsilərək, reklam verilib.

Vumart və Güvən reklamı Vumart Güvən