Qarabağ Dirçəliş Fondu auditdən keçəcək

 15:53 21.02.2022     611

Qarabağ Dirçəliş Fondu "Praysvoterhauskupers Audit Azərbaycan" MMC ("PwC Azerbaijan") ilə kənar audit xidmətinin göstərilməsi üzrə müqavilə imzalayıb.

Redaktor.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, sənədə qurumun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "PwC Azerbaijan"ın ölkə üzrə idarəedici Partnyoru Mövlan Paşayev imza atıb.

Müqaviləyə əsasən, Fondun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun hazırlanmış, 2021-ci il maliyyə hesabatlarının auditi həyata keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən