"Azəriqaz" Abşeronda sahibkarlarla görüş keçirəcək

 19:20 21.02.2022     380

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası çərçivəsində Abşeron rayonunda sahibkarlarla görüş keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı stansiyasının yanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” fevralın 23-də saat 11:00-dən 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən