Nəqliyyat Agentliyinin əməkdaşları qaydaları pozur

 10:46 22.02.2022     431

Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə foto yayılıb. Fotodan da  aydın olur ki, ərazidə dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb. Amma bu nişanın tələbinə nəzarətetməli olan BNA avtomobili özü qaydanı pozaraq qadağan olunan yerdə dayanıb. Görüntü sosial şəbəkədə izləyicilərin qınağına səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev lent.az-a məsələ ilə bağlı məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda bu fakt araşdırılır və araşdırmanın nəticəsinə uyğun tədbir görüləcək.

Vumart və Güvən reklamı Vumart Güvən