​​​​​​​Laçın dəhlizindən yan keçən yol iyulda istifadəyə veriləcək

 14:01 22.02.2022     336

Laçının mərkəzin yan keçməklə tikilən avtomobil yolu iyula qədər istifadəyə veriləcək.

Redaktor.az xəbər verir ki,  bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

"Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Uzunluğu 28 km olan yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzərində bir körpü də tikilib. Yol iyul ayına qədər istifadəyə veriləcək", - deyə Agentlik sədri bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən