Abşeronda xüsusi əməliyyat - Saxlanılanlar var

 15:53 22.02.2022     1032

Abşeronda əməliyyat keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində həyata keçirilir.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən isə  bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən