Manaf Ağayevin Füzuliyə keçməsinə şərait yaradan polislər cəzalandırıldımı? - AÇIQLAMA

 18:00 22.02.2022     950

Xəbər verdiyimiz ki, bir neçə gün öncə işğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər etdiyinə görə müğənni Manaf Ağayev həbs edilib. Məlumdur ki, müğənni Füzuliyə gedənə qədər polislərin nəzarətində olan bir neçə postu keçib. 

Redaktor.az xatırladır ki, hadisədən sonra Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti Manaf Ağayevin azad olunan əraziyə icazəsiz keçməsi ilə bağlı müğəninin daxil olduğu ərazilərdəki nəzarət postlarında xidməti yoxlama aparıldığını açıqlayıb.

Artıq Manaf Ağayevin həbsindən 4 gün keçib. Bəs onun azad olunan ərazilərə keçməsinə şərait yaradan polislərlə bağlı hansı tədbir görülüb?

Elə bu sualı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevə ünvanladıq. O bildirdi ki, hələlik bu barədə araşdırma gedir.

“Araşdırma yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”,- deyə şöbə rəisi əlavə etdi.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən