“Yaponiyanın bir neçə şirkəti azad edilmiş ərazilərdə çalışmaq istəyir” - Səfir

 18:59 22.02.2022     457

İlk növbədə fürsətdən istifadə edib 44 günlük müharibə zamanı canını qurban verən və həyatını itirən insanlarının ruhunu ehtiramla yad edirəm və onların ailələrinə Yaponiya xalqının Azərbaycandakı nümuayəndəsi olaraq başsağlığı verirəm. Bundan sonra bu ərazilərin, azad olunmuş ərazilərin sülh içində inkişafını arzu edirəm.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada jurnalistlərə açıqlamasında deyib. Səfir yapon şirkətlərinin azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərində iştirak etmək istədiyini əlavə edib.

Yapon şirkətləri də bu ərazilərdə tikinti və yenidənqurma işlərində iştirak etmək istərdi. Artıq Yaponiyanın bir neçə şirkəti də yenidənqurma və bərpa işlərində iştirak etmək üçün Azərbaycanla danışıqlar aparır”.

Səfir həmin şirkətlərin Azərbaycandakı əlaqədar qurumlarla fikir mübadiləsi apardığını və layihələri müzakirə etdiyini əlavə edib.

“Mən inanıram ki, bizim şirkətlərin azad olinmuş ərazilərdə fəaliyyəti ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verə bilər”, - deyə səfir Cuniçi Vada söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən