Xalq artisti vəfat etdi

 10:16 23.02.2022     738

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları məlumat veriblər.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 

Xatırladaq ki, xalq artisti, qaboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 

Vumart və Güvən reklamı Vumart Güvən