Şəbnəm pərəstişkarına söz verdiyi evi tikdirmədi - VİDEO

 11:52 23.02.2022     576

Müğənni Şəbnəm Tovuzlu pərəstişkarlarından birinə ev tikdirəcəyi sözünü vermişdi.

Redaktor.az  xəbər verir ki, sənətçi fikrindən daşınıb. Bu haqda Şəbnəm özü MTV-yə açıqlamasında deyib. O bildirib ki, ev üçün 6-7 min manat nəzərdə tutsa da, qarşı tərəfin istəkləri çox olub:

"Ev söhbətinə canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, mətbəx, hamam. Hesabladım, 18-20 min manata gəlib çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetik edəcəkdim. Açığı, vaz keçdim. Çünki o insan başqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm".

Şəbnəm yutub kanalında qazandığı məbləği açıqlayıb. O, ayda ən az 5 min dollar qazandığını söyləyib (axsam.az). 

Vumart və Güvən reklamı Vumart Güvən