Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı

 15:58 23.02.2022     4368

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, icra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Vumart və Güvən reklamı Vumart Güvən