Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 19:55 23.02.2022     4266

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1979 yeni yoluxma faktı qeydə alınıb, 7198 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524 nəfər müalicə olunaraq sağalıb, 9307 nəfər vəfat edib, aktiv xəstə sayı 20 952 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864 test aparılıb.

 

Azərbaycanda bir gündə 1 979 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib

 

Vumart və Güvən reklamı Vumart Güvən