Xocalı şəhidlərinin qanı yerdə qalmadı
Tarixi torpaqlarımızda məskunlaşmış ermənilər ölkəmizə qarşı daim ərazi iddiasında olub, faşist xislətindən irəli gələn məkrli və təcavüzkar siyasət yürüdərək havadarlarının dəstəyilə torpaqlarımızın iyirmi faizini işğal ediblər. Əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetiriblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu xalqımıza qarşı törədilən soyqırım idi.
Xalqımıza qarşı törədilən bu soyqırımına 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Xocalı həqiqətlərinin bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü sistemli tədbirlər, Heydər Əliyev Fondu tərəfindən reallaşdıran ”Xocalıya ədalət!” beynəlxalq kampaniyası əsl həqiqətləri dünyaya bəyan etdi. 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Bu gün Qarabağımızda vəhşicəsinə dağıdılan şəhər və kəndlərimiz yenidən qurulur.
Atakişi Əliyev,
Ağsu rayon qeydiyyat şöbəsinin rəisi












