AZAL-ın iki vitse-prezidenti vəzifəsindən azad edildi

 18:07 24.02.2022     684

“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.

Hal-hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.

Vumart və Güvən reklamı Vumart Güvən