Arif Qazıyev vəfat etdi
Uzun illər Dövlət Muğam Teatrına rəhbərlik etmiş tanınmış televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev bu gün 85 yaşında vəfat edib.
Redaktor.az xəbər verirki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, rejissor bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi insult olub.
Qeyd edək ki, 1938-ci ildə anadan olan Arif Qazıyev "Cücələrim" mahnısının da ilk ifacısı olub. Uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor,rejissor vəzifələrində çalışan A.Qaziyev Arif Qazıyev ötən əsrin 88-ci ilində illərin sonlarında sənət fədailərini ətrafına cəmləyib, xalqımızın milli-mənəvi dəyərlərinin ən gözəl nümunəsi olan muğam sənətinin biganəliyə məruz qalmasının qarşısını almaq üçün Muğam Teatrını yaradıb.
İlk gündən teatrın qeydinə qalan xalq artisti Arif Qazıyevlə birgə mədəniyyət ocaqlarının fəaliyyətinə Ağacəbrayıl Abbasov, İslam Rzayev, Ramiz Mirişli, Alim Qasımov, Qədir Rüstəmov, Roza Cəlilova kimi sənətkarlar təkan verib.
Vaxtı ilə Karvansara kimi tanınan tarixi məkanda fəaliyyətə başlayan teatrda daima musiqi mədəniyyətimiz təbliğ olunub. Dünyasını dəyişmiş və hələ də yaşayıb-yaradan incəsənət xadimlərinə vaxtaşırı yubiley və xatirə gecələri keçirilib. Muğam Teatrına həmçinin ölkəmizə səfərə gələn xarici dövlətlərin başçıları qonaqolublar. Və maraqlıdır, bu cür məşhur məkan 2014-cü ildə ləğv edildi...
Arif Qazıyev Azərbaycan mədəniyyətinə və incəsənətinin təbliğində verdiyi töhfələrə görə, "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!












