“Xocalı soyqırımının törədilməsində 366-cı alay xüsusi rol oynayıb” - Hikmət Hacıyev

 11:45 25.02.2022     602

“30 il əvvəl Azərbaycanın Xocalı şəhərində faciə baş verib”.

Redaktor.az xəbər verir ki, bunu Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq mətbuatda Xocalı soyqırımının işıqlandırılması barədə danışıb.

“Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir”, - Hikmət Hacıyev qeyd edib.

O, vurğulayıb ki, soyqırımın törədilməsində Rusiyanın 366-cı motoatıcı alayı xüsusi rol oynayıb: “Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırım törədilib”.

Vumart və Güvən reklamı Vumart Güvən