Azərbaycanda bu xəstəxana ləğv edilir
“Respublika Stomatoloji Mərkəzi” ASC ləğv edilir.
Redaktor.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi, ev 19, mənzil 5 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Respublika Stomatoloji Mərkəzi” 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 207 640 manatdır və qanuni təmsilçisi Vəzirov Süleyman Murad oğludur. Sözügedən tibb ocağı bir neçə il öncə özəlləşdirilmişdi.