Lapşin yenə də Qarabağa qanunsuz getdi

 12:38 25.02.2022     4421

Bir neçə gündür ki, sosial şəbəkələrdə bloqer Aleksandr Lapşinin Qarabağa qanunsuz səfəri müzakirə olunur.

Redaktor.az xəbər verir ki, bloqer yutub kanalında bu barədə video paylaşıb.

Videoda Laçın dəhlizi ilə hərəkətdə olarkən Aleksandr Lapşin üzünü bağlayır, qara eynək taxır. Bloqer qeyd edir ki, Laçın dəhlizi boyunca ərazilər Azərbaycan hərbçilərinin nəzarəti altındadır və Qarabağa gedən hər bir nəqliyyat vasitəsi kameralar vasitəsilə qeydə alınır: “Azərbaycanlılar dəhliz boyunca bir neçə kamera quraşdırıblar. Onlar dəhlizdən gedən avtomobillərin nömrələrin fotolarını və şəxslərin üzlərini çəkir, insanları sayırlar. Bununla da, nəqliyyat vasitələri, insanların sayı ilə bağlı statistik məlumatlar toplayırlar”.

O, həmçinin dəhlizlə hərəkətdə olarkən telefonları söndürməyi məsləhət görüb.

Xənkəndidə olan bloqer Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhərini uzaqdan da olsa izləyicilərinə göstərir.

Qeyd edək ki, Rusiya və İsrail vətəndaşlığına sahib olan bloqer Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb.

2016-cı ildə o, Ukrayna pasportu ilə Qarabağa səfər edib. Bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin rəsmi Bakının müraciəti əsasında Belarusda saxlanılıb. 2017-ci ilin fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.

Həmin il bloqer "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Pasportlar haqqında" qanunların müddəalarını pozmaqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edib.

11 sentyabr 2017-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyev  Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən