"Qazanxanalara təbii qazın verilməsində məhdudiyyət yaşanmır" - "Azəriqaz"
“Azəriqaz” və “Azəristiliktəhcizat” arasında olan borc məsələsi hər iki qurum arasında müzakirə olunub və öz həllini tapıb”.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev media və QHT nümayənləri üçün təşkil olunan “Açıq qapı” aksiyası zamanı məlumat verib.
O, bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi ilə "Azəristiliktəchizat" ASC arasında olan borc məsələsi hər iki qurum arasında müzakirə olunub və öz həllini tapıb. Müəyyən ödənişlər də artıq həyata keçirilib. Hazırda qazanxanalara təbii qazın verilməsində məhdudiyyət yaşanmır”.
Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov qeyd edib ki, təbii qazdan istifadə olunursa sözsüz ki, borc yaranır:
“Çalışırıq ki, qarşılıqlı şəkildə borc məsələsi həll edilsin. Əlimizdən gələni edirik ki, abonentlərimiz bu borca görə çətinlik çəkməsin”.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə əlavə edib ki, iki qurum arasındakı problem Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarılıb:
“Baş nazir Əli Əsədovun göstərişi ilə "Azəristiliktəchizat"a dotasiya ayrıldı. Beləliklə bu borcun əhəmiyyətli hissəsi təmin edildi. Hazırda Azərbaycanda elə bir qazanxana yoxdur ki, onun "Azəristiliktəchizat" a borcu müqabilində mavi yanacaq verilişi dayandırılsın. İki qurum arasında hazırda problem yoxdur”.
Şəbnəm Mehdizadə












