Onlayn ödəmələrin asanlaşdırılması üçün işlər aparılır - "Azəriqaz"

 14:02 25.02.2022     328

Abonentlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə “Azəriqaz”ın mobil tətbiq etməsinin yaradılması istiqamətində işlər aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov media və QHT nümayənləri üçün təşkil olunan “Açıq qapı” aksiyası zamanı məlumat verib.

“Azəriqaz”ın mobil tətbiq etməsinin yaradılması, eyni zamanda telefonla ödənişlərin asanlaşdırılması ilə bağlı işlər aparılır. Çox güman ki, ən qısa müddətdə bu məsələ də öz həlllini tapacaq” - deyə şöbə rəisi əlavə edib.

Şəbnəm Mehdizadə

 

 

Vumart və Güvən reklamı Vumart Güvən