Azərbaycanda bu xəstəliyin də müalicəsi pulsuz olacaq

 17:32 26.02.2022     2801

Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, sonsuzluğun müalicəsi hələki xidmətlər zərfinə daxil edilməyib.

“Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, - deyə Z.Əliyev vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən