Dövlət Komitəsindən Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara MÜRACİƏT

 15:50 27.02.2022     4118

Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.

Redaktor.az-ın məlumatına görə, komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Polşadakı Azərbaycan Evinə  +48 732 858 585,

Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89

telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.

Telefon nömrələri 24 saat aktivdir.

Vumart və Güvən reklamı Vumart Güvən