Prezident “İçərişəhər” Qoruğuna yeni rəhbər təyin etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Şahin Seyidzadə Milli Məclisin deputatıdır.












