"Rusiyanın Qərblə münasibətləri əvvəlki vəziyyətə qayıtmayacaq" - Rusiya XİN

 12:41 03.03.2022     199

“Rusiya ilə Qərbin münasibətləri artıq əvvəlki vəziyyətə qayıtmayacaq”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov martın 3-də jurnalistlərə açıqlamasında bildrib.

Onun sözlərinə görə, ABŞ-Rusiya münasibətlərindəki böhran rəsmi Vaşinqtonun məsuliyyətsiz siyasi kursunun nəticəsidir.

O, həmçinin Qərbin Kiyevi silahlandırdığını bildirib:

“Ukraynada xüsusi əməliyyatlar tam şəkildə davam edir. Bir sıra ölkələrin buna reaksiyası ilə misli görünməmiş iqtisadi, siyasi və informasiya hücumları ilə müşayiət olunur”.

 

Vumart və Güvən reklamı Vumart Güvən