Bu rayonda məktəb yandı

 13:39 03.03.2022     2620

Cəlilabad rayonunda orta məktəbdə yanğın hadisəsi baş verib.

Redaktor.az hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.

Hadisə dərs vaxtı baş versə də, şagirdlər vaxtında təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 1 sinif otağı yanıb.

Faktla bağlı araşdırma aparılır.(report)

Vumart və Güvən reklamı Vumart Güvən