Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
Redaktor.az “Azəriqaz”a istinadla xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Tədbirdə bu ilin fevral ayının yekunlarına dair hesabat təqdim olunacaq, vətəndaşların sualları canlı yayımda cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.












