Vətəndaşların nəzərinə! - Vilayət Eyvazov qəbul keçirəcək

 13:07 04.03.2022     2361

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2022-ci il mart ayının 30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Vumart və Güvən reklamı Vumart Güvən