Azərbaycanda general işdən ÇIXARILDI
Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Rasim Kazımov vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.












