İcra başçısının şikayəti ilə jurnalistə islah cəzası VERİLDİ
Qubanın icra başçısı Ziyəddin Əliyevin jurnalist Cəmil Məmmədli barəsində xüsusi ittiham qaydasında qaldırdığı şikayətinə baxılıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, C.Məmmədli Cinayət Məcəlləsinin 147.2-ci ( ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 1 il 6 ay islah işləri cəzasına məhkum edilib.
Həmçinin bu müddətdə onun qazancından hər ay dövlət nəfinə köçürülməlidir.
Qeyd edək ki, Cəmil Məmmədli icra başçısının 200 nəfərin adını işçi kimi rəsmiləşdirərək onların əmək haqqı kartına köçürülən vəsaitləri mənimsəməsi haqqında məlumat yayıb. Məhkəmə bu məlumatın böhtan olduğu, icra başçısının işgüzar nüfuzuna xələl gətirdiyi qənaətinə gəlib.












