Bu gün Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

 10:42 05.03.2022     686

Bakıda və Abşeron yarımadasında bu gün cənub-qərb küləyinin 15-20 m/s, gündüz saatlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, güclü külək axşam mülayimləşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən