Manaf Ağayev azadlığa buraxıldı

 11:26 05.03.2022     470

“Azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur”. 

Redaktor.az xəbər verir ki, bu barədə "lent.az"a ifaçının oğlu Müşfiq Ağayev deyib: 

“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.  

Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi. 

Vumart və Güvən reklamı Vumart Güvən