İqtisadiyyat nazirinin bu rayonda vətəndaşlarla GÖRÜŞÜ OLACAQ

 17:25 05.03.2022     2153

İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 11-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Redaktor.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinın inzibati binasında (ünvan: Quba şəhəri, Yeni körpü, 1) keçiriləcək.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən