Ermənistanın ombudsmanı Qarabağda peyda oldu
Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Kristine Qriqoryan Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərinə qanunsuz səfər edib.
Redaktor.az “news.am”a istinadla xəbər verir ki, o, bu barədə feysbukda yazıb.
Ombudsman səfər zamanı Qarabağdakı erməni separatçıları ilə bir sıra görüşlər də keçirib.












