“TURKOVAC” vaksini kimlərə vurulacaq ?

 13:02 09.03.2022     628

“Azərbaycanda kliniki sınağı keçiriləcək “TURKOVAC” vaksini “SinoVac” vaksini ilə demək olar, eyni tərkibdədir”.

Redaktor.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib: “Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər”.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov bildirib ki, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: “Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”.

 

Vumart və Güvən reklamı Vumart Güvən