“AZGRANATA” MMC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTO
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “AZGRANATA” MMC-də bayram tədbiri təşkil olunub.
Redaktor.az xəbər verir ki, Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şirkətin qadın əməkdaşları çay süfrəsi ətrafında bir araya gəlib.
Tədbirdə çıxış edən şirkətin Həmkarlar İttifaqı Komitəsinin sədri Cabbar Məmmədov, İdarə Heyətinin sədr müavini İlqar Bayramlı və Alkoqollu içkilər sektorunun müdiri Yusif Ləzgiyev qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınının ölkəmizin hərtərəfli inkişafındakı rolunu vurğulayıblar.
Bildirilib ki, Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, yurdumuzun hər qarışını canından əziz bilən vətənpərvər nəsil yetişdirib.
Həmçinin “AZGRANATA” MMC-nin fəaliyyətində qadın əməkdaşların rolundan bəhs edilib.
Sonda tədbirdə iştirak edən qadınlara “AZGRANATA” MMC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
















