Bu rayonlarda qaz kəsiləcək - SİYAHI

 10:02 10.03.2022     1455

“Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 10.03.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə mavi yanacağın verilməsində məhdudiyyət yaranacaq.

Qeyd edək ki, işlər başa çatdıqdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən