Azərbaycan dispor təşkilatının rəhbəri Ukraynada mühasirəyə düşdü

 13:39 10.03.2022     1255

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi, sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

Redaktor.az xəbər verir ki, "report" Afaq Həmidova ilə bu gün əlaqə yaradıb. O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - A.Həmidova bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən