AZGRANATA beynəlxalq sərgidə iştirak edir - FOTO
Martın 9-da Bolqarıstanda “VİNARİYA 2022” Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi öz işinə başlayıb.
Sərgidə “Made in Azerbaijan” brendi altında “AZGRANATA” MMC də iştirak edir.
Şirkətin istehsal etdiyi məhsullar sərgini ziyarət edənlərin marağına səbəb olub.
Burada ziyarətçilər məhsulların dadına baxmaq yanaşı, onlara “AZGRANATA” MMC-nin fəaliyyəti, ümumilikdə Azərbaycanın spirtli içkilər və şərabçılıq tarixi, içkilərin müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərab və içkilər haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, sərgi martın 13-dək davam edəcək.















