Tanınmış jurnalist "REAL FM"ə direktor təyin olundu

 17:56 12.03.2022     1642

Tanınmış jurnalist Kəmalə Onur REAL FM radiosuna direktor təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat paylaşıb.

K.Onur qeyd edib ki, ən yaxın zamanda yayıma başlayacaq REAL FM-in direktoru vəzifəsinə təyin edilib: "Həmçinin artıq gələn həftədən etibarən REAL TV-də "Redaktor" verilişinin aparıcısı olaraq efirə çıxacağam".

Qeyd edək ki, tanınmış aparıcı bundan əvvəl isə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi vəzifəsində işləyib.

Vumart və Güvən reklamı Vumart Güvən